Hadisə

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib - VİDEO

28 Aprel 2026 19:20
Baxış: 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yasamal RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan "BMW" markalı, 90-UC-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orxan Kamilli saxlanılıb.

Milli.Az xəbər verir ki, O.Kamilli idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O. Kamillinin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 15 sutka inzibati qaydada həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.