Gürcüstan Patriarxlığına üç əsas namizəd var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcü Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Katolikos-Patriarx vəzifəsinə namizədləri müəyyən edib.
Milli.Az xəbər verir ki, Sinodun qərarına əsasən, patriarx postuna üç əsas namizəd irəli sürülüb: Senaki və Çxorotsku mitropoliti Şio (Muciri), Urbnisi və Ruisi yeparxiyasının mitropoliti İov (Akiyaşvili) və Poti və Xobi mitropoliti Qriqoli (Berbiçaşvili).
Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Andria Jagmaidze jurnalistlərə açıqlamasında bildirib ki, gizli səsvermənin nəticələrinə görə, Şio (Muciri) 20 səs toplayıb, digər iki namizəd isə hər biri 7 səs əldə edib.
Onun sözlərinə görə, ilkin mərhələdə digər namizədlər - yepiskoplar Qriqol Katsia, Dositeos və Melkisedek irəli sürülsə də, yekunda üç əsas namizəd seçilib.
Qeyd olunub ki, növbəti mərhələdə bu üç namizəd arasında seçim genişləndirilmiş kilsə məclisində gizli səsvermə yolu ilə aparılacaq və nəticədə yeni Katolikos-Patriarx müəyyənləşəcək. Səsvermənin tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib./Report
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var
-
Ukrayna Rusiya ordusunun hərbi obyektlərini vurdu
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
“Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək
-
İranın yeni müdafiə naziri seçildi
-
İran ABŞ-a çata bilən raketlər hazırlayır
-
TDT Baş katibindən Azərbaycana təbrik
-
Ayın 19-da güclü külək olacaq - Proqnoz
-
Lökbatanda anbarda yanğın baş verib
-
Qara dənizdə yük gəmisi vuruldu
-
Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Salyanda ağır qəza - Xəsarət alanlar var
-
“Uzak şehir”də rol alacaq
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)





