Mədəniyyət

“Sazın səsi, sözün nəfəsi” layihəsi Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr edilib - FOTO

28 Aprel 2026 14:41
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Beynəlxalq Muğam Mərkəzinin "Sazın səsi, sözün nəfəsi" layihəsi saz- söz sənətinin böyük ustadı Aşıq Ələsgərin vəfatının100-cü ildönümünə həsr edilib. 
 

Aprelin 23-də keçirilən gecədətədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru İhamə Qəsəbova çıxış edərək tədbirin saz-söz mədəniyyətimizin ənböyük nümayəndələrindən biri olan Aşıq Ələsgər irsinə ehtiramın ifadəsi olduğunu bildirib. O vurğulayıb ki, ustad sənətkarın yaradıcılığı xalqın mənəvi yaddaşını, dilini və dünyagörüşünü yaşadan zəngin və qiymətli mədəni xəzinədir.

Tədbirdə AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgər vəTürkiyədən gəlmiş professor Ali Kafkasyalı çıxış ediblər. Çıxışlarda Aşıq Ələsgər irsinin yalnız 

Azərbaycan aşıq poeziyasının deyil, bütövlükdə türk dünyasının aşıq və ozan sənətinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanıb. Bildirilib ki, böyük sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlikhisslərini vəhdətdə aşılayan, ana dilimizin təhlükəsizliyini, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir. Aşıq Ələsgər çox sayda yetirmələrindənibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur elşairlərinə qüvvətli təsir göstərmişdir. Tədbir Azərbaycan aşıq sənətinin yaşadılması, milli mədəniyyətimizin təbliği və Aşıq Ələsgərin xatirəsinin ehtiramla yad edilməsi baxımından mühüməhəmiyyət kəsb edir. 

Qeyd olunub ki, dövlət tərəfindən bu irsə göstərilən diqqət, yubiley tədbirlərinin keçirilməsi və Aşıq Ələsgərin abidəsininucaldılması milli-mənəvi dəyərlərə verilən yüksək qiymətingöstəricisidir.

Gecədə tanınmış aşıqlar - Toğrul Ayrımelli, Gözəl Kəlbəcərli, Telli Borçalı, Şahin Qazaxlı, Nemət Qasımlı və Ramin Qarayev çıxış edərək zəngin repertuarları ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar. İfa olunan "Cəlili", ""Orta Sarıtel"", "Yar oynamasın", "Ovşarı" aşıq havaları maraqla qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.