Bakıda görkəmli tarzən Ramiz Quliyevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhərində görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin xatirəsinə həsr olunmuş konsert təşkil olunacaq.
Milli.Az xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 30 aprel saat 19:00-da keçiriləcək anım gecəsi Nadir Events tərəfindən təşkil edilir. Tədbir milli musiqi sənətinin ustadının 79 illik yubileyinə həsr olunub.
Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri dirijor, Əməkdar artist Eyyub Quliyevin (sənətkarın oğlu) rəhbərliyi ilə çıxış edəcək. Həmçinin "Buta" instrumental ansamblı (bədii rəhbər - Rövşən Qurbanov) səhnə alacaq.
Proqramda tanınmış ifaçıların çıxışları nəzərdə tutulub - Xalq artistləri Nazakət Teymurova (xanəndə), Azər Zeynalov (vokalist), Ənvər Sadıqov (qarmon ifaçısı), Əməkdar artistlər Ramil Qasımov (vokalist), Sahib Paşazadə (tar ifaçısı), Emil Əfrasiyab (caz ifaçısı), həmçinin Təyyar Bayramov, İlkin Əhmədov, Elnur Zeynalov, Ehtiram Hüseynov (xanəndə), eləcə də Səxavət Məmmədov (tar ifaçısı) və Kəmalə Nəbiyeva (xanəndə).
Konsert milli musiqi ənənələri ilə müasir ifaçılıq sənətini birləşdirən mühüm mədəni hadisə kimi yadda qalacaq və Ramiz Quliyevin zəngin yaradıcılıq irsinə ehtiram ifadəsi olacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
20-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək Azerbaijan Dance Festival 2026-nın proqramı təqdim olunub – biletlər satışda - (Video)
-
Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - (Foto)
-
"44" bədii filminin treyleri yayımlandı - (Video)
-
Milli Kino Günü münasibətilə CineMastercard-da “Tağıyev” filmləri həftəsi keçiriləcək
-
Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır
-
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub - (Foto- Video)
XƏBƏR LENTİ
-
"Ali Rıza bəy" 16 ildən sonra həmin evdə - (Foto)
-
Cəlilabadda transformator yanıb
-
Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü
-
Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib - Pezeşkian
-
"Fənərbağça"da hücumun mərkəzinə iki namizəd var
-
Tramp: İran iqtisadi baxımdan çox pis vəziyyətdədir
-
Günün qoroskopu: Şəxsi münasibətlərinizdə yeni mərhələ başlayır
-
Alina Boz uşağının cinsiyyətini açıqladı (Video)
-
Vuçiç: Avropa böyük müharibənin astanasındadır
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurublar (Foto)
-
Sabah bir neçə rayonda işıq olmayacaq - Yenilənib
-
Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib
-
Qadın deputat Baş nazirə yumurta atdı, iclas dayandırıldı
-
Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək - XİN
-
Rusiyanın Suriyadakı hərbi obyektləri Dəməşqin nəzarətinə keçəcək
-
Sığorta bazarında yeniliklər gözlənilir (Video)
-
"Aclıq daşları" üzə çıxdı: Fəlakət xəbərdarlığı (Foto)
-
Bakıda 11 marşrutun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq
-
Həsən Seyidbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
Hövsanda yeni stadionlar tikilir - (Video)
-
17 yaşlı qız Kürdə batıb - Yenilənib
-
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu
-
“Qadın kimi xoşbəxt olmadım” deyib, ağladı





