Cəmiyyət

Bakıda yeni metro stansiyası AÇILIR? - RƏSMİ

28 Aprel 2026 14:55
Baxış: 1 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın mərkəzində hasara alınmış ərazisində yeni stansiya açılması ilə bağlı iddialar yayılıb.

Milli.Az xəbər verir ki, söhbət Yasamal rayonu ərazisində "Nizami" stansiyası yaxınlığındakı sahədən gedir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, dövlət proqramı çərçivəsində "Nizami" stansiyasına yaxın ərazidə B5 stansiyası inşa olunacaq. Bu stansiya Mərkəzi Parkın altında yerləşəcək və oradan "Nizami" stansiyasına keçid təmin ediləcək.

Həmçinin qeyd olunur ki, bu layihənin məqsədi metroda alternativ çıxış imkanlarını artırmaq və xüsusilə texniki nasazlıqlar zamanı yaranan çətinlikləri aradan qaldırmaqdır.

Layihənin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır və şəhər nəqliyyatına əlavə rahatlıq gətirəcəyi gözlənilir.

Aysel
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.