Sağlamlıq

100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni nə vaxt içməlidir? – Mütəxəssisdən tövsiyə

14 Avqust 2026 04:04
Baxış: 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner qəhvə istehlakı ilə bağlı maraqlı məsləhətlər verib.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, qəhvədən maksimum fayda əldə etmək istəyənlər bu içkini günün ilk yarısında qəbul etməlidirlər. Mütəxəssis gündə bir və ya iki fincan qəhvənin günortaya qədər içilməsini məsləhət görür.

Byuttner hesab edir ki, qəhvənin düzgün vaxtda qəbul edilməsi ürək-damar sağlamlığı baxımından müsbət təsir göstərə bilər. Bununla yanaşı, günün ikinci yarısında qəhvə içmək yuxu rejiminə mənfi təsir edə bilər.

Mütəxəssis vurğulayıb ki, keyfiyyətsiz yuxu yalnız gündəlik fəaliyyətə deyil, ümumi sağlamlığa və uzunömürlülüyə də təsir göstərə bilər.

O, qəhvə seçimi ilə bağlı da tövsiyəsini bölüşüb. Byuttner daha faydalı seçimlər sırasında yüngül qovrulmuş qəhvə dənələrindən hazırlanan və filtrdən keçirilən qəhvəni qeyd edib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.