Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ" "Dinamo" ilə oyunda rəqibini topsuz qoymağa çalışıb.
Milli.Az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçirilən cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis komandanın layiqincə mübarizə apardığını bildirib:
"Futbolçuları təbrik edirəm. Bəzi dəqiqələri çıxmaq şərtilə oyunun içində oldular. Məğlub olmaq istəmirdilər. Yaxşı hücumlar qurduq. Rəqibi topsuz qoymağa çalışırdıq. Hazırladığımız çox şey var idi və razı qaldım. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm dəstək verdilər. Uşaq vaxtı biz də "Dinamo"ya azarkeşlik etmişik. Belə komandaya qarşı oynamaq çox xoş idi. Onlara da uğurlar arzulayıram".
Mütəxəssis qapıçı Mateuş Koxalskinin komandadan ayrılması ilə bağlı fikirlərə münasibətini bildirib:
"Koxalskinin komandadan getməsi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Sadəcə bu matçda digər qapıçıya da şans verməyi düşündüm. Çıxışından razı qaldım".
Qurban Qurbanov pley-off mərhələsindəki şansları dəyərləndirib:
"Şansımız var. İki oyun keçirəcəyik. Bu şanslardan maksimum yararlanmağa çalışacağıq. Çatışmazlıqlar var. Hər mövqeyə ən azı bir oyunçu əlavə olunmasına ehtiyacımız var".
Qeyd edək ki, "Qarabağ" "Dinamo"nu iki oyunun nəticəsinə əsasən (0:1, 2:0) mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə adlayıb. "Qarabağ" pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə qarşılaşacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Beşiktaş" UEFA Avropa Liqasının play-off mərhələsinə çıxıb
-
UEFA Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşib
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
"Uğursuzluq oldu, fürsətləri qaçırdıq" - "Dinamo"nun baş məşqçisi
-
İrfan Can Eğribayat Fənərbaxçadan ayrıldı
-
"Qarabağ" pley-offa yüksəlib (Video)
XƏBƏR LENTİ
-
Böcəyin ifrazatından hazırlanır, qiyməti milyonlara çatır
-
"Beşiktaş" UEFA Avropa Liqasının play-off mərhələsinə çıxıb
-
Biləsuvarda qətlə yetirilən Şölətin (Fotosu)
-
Mətanət İsgəndərli plastik əməliyyatdan sonra (Video)
-
UEFA Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşib
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Gəncədə zəncirvari qəza - xəsarət alanlar var - (Foto)
-
"Uğursuzluq oldu, fürsətləri qaçırdıq" - "Dinamo"nun baş məşqçisi
-
İrfan Can Eğribayat Fənərbaxçadan ayrıldı
-
Azərbaycan XİN mina təhlükəsi ilə bağlı cağırış edib
-
"Qarabağ" pley-offa yüksəlib (Video)
-
Xocavənddə güclü yanğın başlayıb (Foto)
-
Kolumbiyada zəlzələdə ölənlərin sayı 273-ə çatıb
-
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq (Foto)
-
Biləsuvar sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
-
Abbas Bağırovla Sibel Can duet oxudu - (Video)
-
Bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq
-
Bərdədə zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib (Foto)
-
Tovuzda çay daşdı - Təhlükədə qalan iki nəfər xilas edildi - (Video)
-
Deniz Seki xəstəxanadan paylaşım etdi - (Foto)
-
Kəlbəcərdə mina partlayıb - Xəsarət alan var
-
Koxalskini ehtiyatda qaldı
-
60 yaşı olduğuna inanmaq çətindir: Holli Berri fotoları ilə heyran etdi
-
Baş baytarlıq müfəttişindən qarayara xəbərdarlığı: "Yoluxmuş heyvanın kəsimə göndərilməsi qeyri-mümkündür"





