Kriminal

Biləsuvar sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

13 Avqust 2026 21:10
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Biləsuvar rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az-ın məlumatına görə, avqustun 13-də saat 20:00 radələrində 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

-------------

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri arasında baş verən mübahisə bıçaqlanma ilə yekunlaşıb.

Bıçaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.