Dünya

ABŞ-də 16 ildən sonra bir gündə 3 edam

13 Avqust 2026 17:49
Baxış: 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-də 13 avqustda üç ştatda- Alabama, Oklahoma və Tennesidə ölüm hökmlərinin icrası planlaşdırılır. Bu, 2010-cu ildən bəri üç nəfərin eyni gündə edam edilməsinin ilk halı olacaq.

Milli.Az xəbər verir ki, Alabamada Ceremi Uilyams, Oklahomada Karlos Kuesta-Rodriges, Tennesidə isə Entoni Darrell Haynsın ölümcül inyeksiya ilə edam edilməsi nəzərdə tutulur.

Uilyams 5 yaşlı qızın zorlama və qətlində, Kuesta-Rodriges 2003-cü ildə sevgilisinin qətlində, Hayns isə 1985-ci ildə motel əməkdaşının öldürülməsində təqsirli bilinib.

Qeyd edək ki, ABŞ-də sonuncu dəfə üç edam eyni gündə 7 yanvar 2010-cu ildə həyata keçirilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.