İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının "arıqlamağa kömək edir", "piy yandırır", "yağları əridir", "bədən çəkisini azaltmağa kömək edir" və digər bu kimi ifadələrlə reklam edilməsi halları artıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, qida məhsullarının istehlakçılara bu cür çaşdırıcı ifadələrlə təqdim olunması qanunvericiliyin tələblərinə ziddir. "Qida təhlükəsizliyi haqqında" Qanuna əsasən, qida məhsullarının etiketində, reklamında və təqdimatında həmin məhsula xas olmayan təsir və ya xassələrin göstərilməsinə yol verilmir.
"Nəzərə alınmalıdır ki, idman qidalarının tərkibində olan və arıqlama və ya piy yandırma effektləri ilə əlaqələndirilən komponentlərin bu cür təsir göstərdiyinə dair müvafiq beynəlxalq qiymətləndirmə qurumları tərəfindən tanınmış hər hansı sağlamlıq bəyanı mövcud deyil. Bu səbəbdən həmin məhsulların bu cür iddialarla təqdim edilməsi istehlakçılarda məhsulun real təsiri barədə əsassız və yanlış təsəvvür formalaşdırır.
AQTA sahibkarlıq subyektlərinə xəbərdarlıq edir: məhsulların satışını artırmaq məqsədilə hüquqi və elmi əsası olmayan xüsusiyyətlərin məhsula aid edilərək sosial media platformalarında yayılması yolverilməzdir. Sahibkarlar məhsulların reklamı və təqdimatı zamanı yalnız qanunvericiliyin tələblərinə uyğun, düzgün, əsaslandırılmış və istehlakçını yanıltmayan məlumatlardan istifadə etməlidirlər", - deyə məlumatda qeyd olunub.
Həmçinin qurum influenserlər və digər ictimai nüfuz sahiblərinə müraciət edərək onları geniş auditoriyaya təqdim etdikləri məhsullar barədə məlumatların doğruluğuna əmin olmağa çağırıb:
"Xüsusilə, sağlamlıq və bədən çəkisi ilə bağlı konkret nəticələr vəd edən əsassız iddiaların yayılmasından çəkinmək vacibdir. İctimai etimaddan istifadə etməklə bu cür reklam iddialarının paylaşılması istehlakçıların yanlış yönləndirilməsinə səbəb ola bilər.
İstehlakçıların diqqətinə çatdırırıq ki, sosial media reklamlarında səsləndirilən hər iddia məhsulun real təsirini göstərmir. İstehlakçılar ictimai nəzarəti gücləndirməli, yalnız rəsmi və etibarlı mənbələrə əsaslanmalıdırlar.
AQTA qida məhsullarının reklamı və təqdimatı zamanı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarəti davam etdirəcək və istehlakçıların yanlış yönləndirilməsinə səbəb olan halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)





