“Faydası olacaqsa, tez-tez asfalta göndərərik” - Qurban Qurbanov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" klubunu 2:0 hesabı ilə məğlub edərək pley-offa yüksələn "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli futbolçu azarkeşlərə minnətdarlığını bildirərək, üzərindəki çətinliklərdən və xarakter nümayiş etdirməsindən danışıb:
"İlk növbədə azarkeşlərə minnətdarlığımı bildirirəm, bu gün bizi yalnız buraxmadılar. Bir az komandaya inamsızlıq var idi, amma mərhələni adlayaraq bu şübhələri aradan qaldırdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Rəqib çox yaxşı müdafiə olunurdu, oyun həddindən artıq çətin idi. Mənim üçün də asan olmadı, çünki 3-4 aya yaxın əvəzedici heyətdə, meydançası bərbad olan yerlərdə, asfaltda məşq etmişəm və təzə-təzə adaptasiya oluram. Bu gün ayağımda zədə var idi, amma meydanı tərk etmək istəmədim, xarakter göstərmək lazımdı. Söz verirəm ki, əlimdən gələni edəcəyəm və azarkeşlər daha yaxşı Elvin görəcəklər".
Oyundan sonra keçirilən mətbuat konfransında isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin "asfaltda məşq etmişəm" sözlərinə zarafatla münasibət bildirib:
"Bəlkə daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin (gülür). Asfaltda məşq etməyib məncə... Bəlkə fərdi məşq edib, bilmirəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik".
Qeyd edək ki, Ağdam təmsilçisi Bakıda keçirilən cavab qarşılaşmasında "Dinamo"nu 2:0 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqəni təmin edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Əsl kabus idi, gecələri yatmırdım” - Joze Mourinyo
-
Ronaldo saçını narıncı rəngə boyadı - (Foto)
-
Murad Məmmədov "Pafos"a bərabərlik gətirdi - VİDEO
-
“Faydası olacaqsa, tez-tez asfalta göndərərik” - Qurban Qurbanov
-
"Beşiktaş" UEFA Avropa Liqasının play-off mərhələsinə çıxıb
-
UEFA Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşib
XƏBƏR LENTİ
-
"Otelə ərimlə gedirəm"
-
Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
-
“Əsl kabus idi, gecələri yatmırdım” - Joze Mourinyo
-
"Mənim yerimdə dağ olsaydı paralanardı" - Nazpəri Dostəliyeva (Video)
-
Avqust 3 bürc üçün ilin ən pis ayı olacaq
-
Bu ixtisas qrupu üzrə müsabiqə gərgin keçəcək - (Video)
-
Ronaldo saçını narıncı rəngə boyadı - (Foto)
-
Şakiradan Pikeyə qadağa: Uşaqların olduğu evə Klara Çia girə bilməz
-
Günün qoroskopu: Xoş sürprizlə qarşılaşa bilərsiniz
-
Murad Məmmədov "Pafos"a bərabərlik gətirdi - VİDEO
-
“Faydası olacaqsa, tez-tez asfalta göndərərik” - Qurban Qurbanov
-
Böcəyin ifrazatından hazırlanır, qiyməti milyonlara çatır
-
"Beşiktaş" UEFA Avropa Liqasının play-off mərhələsinə çıxıb
-
Biləsuvarda qətlə yetirilən Şölətin (Fotosu)
-
Mətanət İsgəndərli plastik əməliyyatdan sonra (Video)
-
UEFA Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşib
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Gəncədə zəncirvari qəza - xəsarət alanlar var - (Foto)
-
"Uğursuzluq oldu, fürsətləri qaçırdıq" - "Dinamo"nun baş məşqçisi
-
İrfan Can Eğribayat Fənərbaxçadan ayrıldı
-
Azərbaycan XİN mina təhlükəsi ilə bağlı cağırış edib
-
"Qarabağ" pley-offa yüksəlib (Video)
-
Xocavənddə güclü yanğın başlayıb (Foto)
-
Kolumbiyada zəlzələdə ölənlərin sayı 273-ə çatıb





