Cəmiyyət

Susuzluğu yatırır, həzmi yaxşılaşdırır: Avqustun faydalı məhsulları bunlardır

14 Avqust 2026 02:02
Baxış: 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avqust ayında qidalanmada mövsümə uyğun meyvə və tərəvəzlərə üstünlük vermək orqanizm üçün faydalı ola bilər. Tərkibində bol su, vitamin və lif olan bu məhsullar həm maye balansının qorunmasına, həm də həzm sisteminin normal fəaliyyətinə kömək edir.

Milli.Az xəbər verir ki, bunu Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov Lenta.ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, avqust ayında balqabaq, kələm, üzüm, əncir, qarağat, gavalı, armud, nektarin və ərik kimi məhsulların mövsümü olduğundan onların süfrədə daha çox yer alması məqsədəuyğundur.

Həkim qarpız və qovunun faydalarının isə bəzən olduğundan artıq qiymətləndirildiyini diqqətə çatdırıb. Onun fikrincə, bu məhsullar susuzluğu yaxşı aradan qaldırsa da, böyük miqdarda və əsas yeməkdən ayrı qəbul edildikdə bağırsaqlarda fermentasiya yarada bilər.

Umnov yerli mövsümi giləmeyvələrin də qida baxımından üstünlüklərini vurğulayıb. Qarağat, qaragilə və moruqla yanaşı, nektarin və əncirin də faydalı seçimlər olduğunu qeyd edib. Onun sözlərinə görə, yerli və mövsümi məhsullar bəzi hallarda tam yetişməmiş halda uzun məsafələrdən gətirilən ekzotik meyvələrdən daha çox faydalı maddə ehtiva edə bilər.

Həkim həmçinin xiyarın tərkibində yüksək miqdarda su olduğunu bildirib. Təxminən 90-95 faizi sudan ibarət olan bu tərəvəz orqanizmin maye ehtiyacının qarşılanmasına kömək edir. Bundan əlavə, xiyar kalium və liflə zəngindir. Mütəxəssis onu digər tərəvəzlər və zülalla zəngin qidalarla birlikdə istehlak etməyin daha məqsədəuyğun olduğunu vurğulayıb. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.