Ölkə

Bakı sakini tikinti şirkəti tərəfindən evinə ziyan vurulduğunu iddia edir (Video)

15 Avqust 2026 00:12
Baxış: 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının Nəsimi rayonu, Novruzov qardaşları-73 ünvanında yaşayan Mirkərimovlar ailəsi tikinti şirkətindən şikayətçidir. Onların iddialarına görə, şirkət ətrafdakı evləri alıb, lakin onların mülkü qalıb. Həmçinin də yaşadıqları evə ziyan vurub, həyətlərini mənimsəyib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yararsız vəziyyətə salınan evdə 4 nəfər yaşayır. 

Mirkərimovlar ailəsi iddia edirlər ki, "Pilot 16" tikinti şirkəti ətrafdakı bütün evləri satın alıb. Lakin bu ev barədə nə qiymətləndirmə aparan, nə də hansısa təkliflə gələn var.

Şikayətçinin sözlərinə görə, onların evi qayınatasının adına olub. O da rəhmətə gedəndə ev qayınatanın qardaşının adına keçib, indi həmin ailə də bu ünvanda yaşamır.  

Ailə deyir ki, onlara evdən çıxmaq üçün hər cür təzyiq göstərilir.

Şirkətdən isə iddia etdilər ki, sahibi evin ölçüsünə uyğun olmayan məbləğ və mənzil istəyir.

Şirkətdən o da qeyd olundu ki, tərəflər arasında razılığa gələ bilmədiklərinə görə məhkəməyə müraciət olunub. Hazırda iş məhkəmədədir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.