Hadisə

Azərbaycan Yazıçılar Birliyinin üzvü Türkiyədə vəfat ETDİ

28 Aprel 2026 14:50
Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü 78 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, Y.Şükürlü Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

Y.Şükürlü 1948-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Fizika-riyaziyyat elmləri namizədi olan Y.Şükürlü 2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru işləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.