Dünyanın damı yaşıllaşır: Hər il 7 metr yuxarı qalxır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Himalayın qar örtüyü ilə örtülmüş zirvələri iqlim böhranı səbəbindən rəngini dəyişir. Son 20 ildə bitki örtüyü hər il daha yüksək nöqtələrə doğru irəliləyərək buzlaqları "yaşıla boyayır".
Milli.Az xəbər verir ki, Ekseter Universitetinin tədqiqatçıları peyk məlumatlarına əsasən müəyyən ediblər ki, əvvəllər yalnız buz və çılpaq qayalıqdan ibarət olan ərazilərdə artıq bitkilər yetişir.
Himalayda bitki örtüyü sərhədi ildə orta hesabla 7 metr yuxarıya doğru sürüşür.
Tədqiqat Hindistanın Ladax bölgəsindən Butana qədər uzanan altı fərqli ərazini əhatə edib.
1999-2022-ci illər arasındakı təhlillərə görə, ən sürətli dəyişiklik Nepalın Mantanq bölgəsində, ən yavaş yüksəliş isə Everest ətrafındakı Xumbu bölgəsində qeydə alınıb.
Himalay qlobal orta göstəricidən daha sürətli isinir.
Artan temperaturlar qar örtüyünün nazilməsinə və bitkilərin böyümə mövsümünün uzanmasına səbəb olur.
Bəzi bölgələrdə (Xumbu və Butan) yaşıllaşma ilə yanaşı, bitki örtüyünün xüsusiyyətlərinin dəyişdiyini göstərən "saralma" halları da müşahidə edilib.
Himalay Asiyada milyonlarla insanın su ehtiyacını ödəyən çayların mənbəyidir.
Bitki örtüyünün yüksəkliklərə yayılması qarın yerdə qalma formasını, torpağın rütubətini və suyun axın nizamını dəyişdirərək su təhlükəsizliyinə təsir edə bilər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Səhərlər daha xoşbəxt oyanmaq üçün yatmazdan əvvəl edə biləcəkləriniz
-
Səhər bu səhvi edənlər çoxdur - Acqarına nə içmək olar, nə olmaz?
-
Dünyanın damı yaşıllaşır: Hər il 7 metr yuxarı qalxır
-
Kompüter qarşısında işləyənlər üçün xəbərdarlıq
-
Narsisizm irsən keçir? - Alimlərdən diqqətçəkən araşdırma
-
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
-
DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var
-
Ennio Morriconenin məşhur “Chi Mai” əsəri videoçarx formatında tamaşaçılara təqdim olunub – VİDEO - FOTO
-
Manatla bağlı dəyişiklik qiymətlərə necə təsir edəcək?
-
Çiçəklər olan suya bunu atın - İNANMAYACAQSINIZ
-
Partlayışda xəsarət alan həkim barədə dostu danışdı: Yeganə həkimdir ki... - VİDEO
-
Tedeskonun qovulma səbəbi bəlli oldu
-
Balakəndə ağır qəza - sürücü öldü
-
Bənzərlik qarşısında Cem Yılmaz da səssiz qala bilmədi - FOTO
-
Dünya nəhəngindən Barış Alper bombası
-
Evdə darçın yandıranlar nəticəyə inana bilmirlər
-
Məşhurluğu atıb kənd həyatını seçdi: Nə elektrik var, nə də telefon - FOTO
-
Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız
-
Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi - VİDEO
-
Qənirə Ataşova oğlunu evdən qovub - FOTO
-
Bayraməli Bayramov vəfat etdi
-
"İrandakı müharibə artıq başa çatıb"
-
Arzu Əliyeva və Alena Əliyeva “Tağıyev: Məktəb” bədii filminin təqdimatında iştirak ediblər - FOTO
-
Ağdamda ağır qəza - 2 ölü, 4 yaralı var - YENİLƏNİB





