Türkiyə

Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı

2 May 2026 01:12
Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cari ilin 31 dekabrınadək yerləşmə (yaşayış) vergisinin mövcud olan 2 faizdən 1 faizə salınması haqqında sərəncam imzalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq sənəd 1 may cümə günü hökumətin rəsmi mətbuat orqanı sayılan "Resmi Gazete"də yayımlanıb və elan edildiyi andan etibarən qüvvəyə minib.

İctimaiyyət arasında "turist vergisi" adlandırılan yaşayış rüsumu Türkiyə ərazisində 2023-cü ilin 1 yanvar tarixindən etibarən tətbiq olunur. Bu vəsait mehmanxana, motel, kempinq və digər müvəqqəti yaşayış obyektlərində tutulur. Vergi rəsmi qaydada obyekt sahibi tərəfindən ödənilsə də, reallıqda həmin məbləğ turun dəyərində və ya müştərinin yekun çekində öz əksini tapır. Pansionat, yataqxana və düşərgələrdə qalan tələbələr, o cümlədən Türkiyədə diplomatik statusla fəaliyyət göstərən nümayəndəliklərin və beynəlxalq qurumların akkreditasiyadan keçmiş işçiləri bu ödənişdən azad ediliblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.