Sağlamlıq

Bu xəstəliklər koronaya yoluxanların ölüm riskini 6 dəfə artırır

14 May 2021 20:24
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nevroloji xəstəliklərin olması koronavirusa yoluxanların ölüm riskini altı dəfə artırır.

Milli.Az xəbər verir ki, "Pittsburgh" Universitetinin (Pensilvaniya ştatı) alimləri tərəfindən aparılan tədqiqatın nəticəsində bu bu qənaətə gəlinib.

Araşdırmaya 3744 COVID-19 xəstəsi qatılıb, onların 82 faizi baş ağrısı, qoxu və ya dadbilə, nevroloji problemlərlə üzləşib.

Həmçinin, xəstələrin yarısında insult və komaya səbəb olan kəskin ensefalopatiya əlamətləri olub.

Tədqiqat nəticəsində məlum olub ki, sözügedən xəstələrdə mövcud olan baş beyin, onurğa beyni və sinir sistemi xəstəliklərindən tutmuş xroniki migren, nevroloji və s.əlamətlər koronavirusa yoluxma zamanı təhlükəni ikiqat, ölüm riskini isə altı dəfə artırır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.