Sağlamlıq

Alkoqol kimlərdə köklüyə səbəb olur?

11 Dekabr 2020 23:30
Baxış: 939
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Alkoqol orqanizmə düşərkən qaraciyər vasitəsilə asetat əmələ gəlir. Bu, toksiki maddədir və bu maddə orqanizmdən tam çıxmayınca zülal, yağ və karbohidratlar mənimsənilmir. Tədqiqatlar göstərir ki, oksidləşmə prosesi bu zaman demək olar ki, dayanır".

Milli.Az xəbər verir ki, bu sözləri dietoloq Nərgiz Nəzirova qeyd edib. O bildirib ki, çəkiyə olan təsiri alkoqol seçimindən asılıdır.

"Çox kalorili alkoqolun tez-tez istifadəsi, içkili vəziyyətdə kontrolsuz yağlı və kalorili yeməklər sizi kökəldəcək.

Yox, əgər az kalorili içkiyə üstünlük verib, sutkalıq kaloraja uyğun yüngül qəlyanaltılar qəbul etsəniz, artıq çəki yaranmayacaq". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.