Sağlamlıq

İmsakda bunu içsəniz, 5 saat aclıq hiss etməyəcəksiz

29 Aprel 2020 20:45
0 Şərh     Baxış: 1 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ramazan ayında səhhətinizdə problem yaranmasın deyə, mütləq imsaqda qida qəbul olunmalıdır. Ona görə ən həssas məqam uzun müddət tox saxlaya biləcək qidaların seçilməsidir. Bir stəkan süd də bu qəbildəndir. Süd insan orqanizmi üçün xeyirli vasitədir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, əzələlərin möhkəmlənməsi və bərpası üçün vacib olan zülallar süddə çoxluq təşkil edir. Süd həmçinin orqanizmin enerji alması üçün vacib olan yağlarla da zəngindir.

ABŞ-lı elm adamları insan orqanizmi üçün acma ehtiyacını azaldan qidalardan südü ilk sırada tutur. 5 saat toxluq his verən məhsul orucluqda xüsusilə məsləhətlidir. Həmçinin imsaqda südlü yeməklər də eyni xüsusiyyət daşıyır. Artıq çəki yığmamaq üçün südlü şirniyyatları seçə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.