Sağlamlıq

Alimlərdən şirniyyat sevənlərə XƏBƏRDARLIQ

20 Mart 2020 23:34
2 Şərh     Baxış: 3 412
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəkərin təsiri alkoqolun istifadəsinin nəticələri ilə eynidir. Belə ki, o, əhval-ruhiyyəni dərhal yüksəldir, enerji verir və sanki insana güc gəlir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, belə bir nəticəyə Corciya Tibb Kollecinin (ABŞ) alimləri gəliblər. Material "Medical Hypotheses" jurnalında dərc olunub.

Eyni zamanda, şirniyyat narkotik kimi də təsir göstərir. Belə ki, alimlərin fikrincə, o, asılılıq yaradır, xüsusilə də depressiyadan əziyyət çəkən insanlar üçün ondan imtina etmək çətin olur.

Alimlər qeyd edirlər ki, şirniyyatdan müntəzəm istifadə əhvalın pisləşməsinə, daxili iltihabın güclənməsinə və çəkinin artmasına gətirib çıxarır.

Şəkər artıq çəkidən əziyyət çəkən insanlara xüsusilə zərərlidir, çünki o, orqanizmin sirkad ritmlərini pozur və ürək-damar xəstəliklərinin yaranmasının riskini artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.