Sağlamlıq

İkinci dil öyrənənlərə xoş xəbər

17 Oktyabr 2024 14:51
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci dil öyrənməyin beyin məşqi olduğu və düşünmə qabiliyyətini artırdığı məlum olub.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, bu barədə araşdırma Kanadanın McGill və Ottava universitetləri və İspaniyanın Saraqosa Universiteti tərəfindən aparılıb.

Aparılan yeni bir araşdırma iki dildə danışmağın idrakda rolunu və beyin bölgələri arasındakı əlaqənin səmərəliliyini nümayiş etdirib.

Alimlər fransız, ingilis və ya hər iki dildə danışan 151 iştirakçını təhlil edərək onların ikinci dillərini öyrəndikləri yaşları qeyd ediblər. 

Aparılan araşdırma MRT görüntüləri təhlil olunan ikidilli iştirakçıların beyin bölgələri arasında təkdilli iştirakçılara nisbətən daha yüksək əlaqə olduğunu və bu əlaqənin ikinci dillərini gənc yaşda öyrənənlərdə daha güclü olduğunu göstərib.

Araşdırmanın nəticəsində ikinci dil öyrənməyin diqqətə, sağlam yaşlanmaya və hətta beyin zədəsindən sonra bərpaya müsbət təsir göstərə bildiyi məlum olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.