Cəmiyyət

ETİHİ Respublika Komitəsi silsilə görüşlər keçirir - FOTO

29 Oktyabr 2025 20:15
Baxış: 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi ilk həmkarlar ittifaqı təşkilatları ilə  silsilə görüşlərə başlayıb.

Milli.Az xəbər verir ki,  görüşlər Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının ilk həmkarlar ittifaqları təşkilatlarının sədrləri ilə keçirilib.

Tədbirlərdə AHİK-in məsul əməkdaşları, ETİHİ Respublika Komitəsinin rəhbər şəxsləri və ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.

Görüşlərdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev üzv təşkilatlarla birbaşa dialoqun və əməkdaşlığın gücləndirilməsinin ittifaqın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Həmçinin həmkarlar ittifaqının son illərdə həyata keçirdiyi sosial layihələr, üzv təşkilatların fəaliyyətinin gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi və maarifləndirmə istiqamətləri müzakirə olunub.

Tədbirlər mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.

Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilat olmaqla 148 üzv təşkilatı özündə birləşdirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.