İdman

"Yuventus"un yeni baş məşqçisi məlum oldu

29 Oktyabr 2025 20:19
Baxış: 354
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yuventus İqor Tudorla yollarını ayırdıqdan sonra yeni məşqçi tapıb.

Milli.Az xəbər verir ki, klub Luciano Spalletti ilə razılığa gəlib. 2023-cü ildə "Napoli"yə "Skudetto" qazandıran 66 yaşlı mütəxəssis, 2026-cı ilin iyun ayına qədər müqavilə imzalayacaq. Razılaşmaya əsasən, əgər "Yuventus" növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanarsa, müqavilə avtomatik olaraq bir il uzadılacaq.

İtaliya mətbuatının məlumatına görə, Spalletti çərşənbə günü keçiriləcək "Yuventus - Udinese" oyununu tribunadan izləyəcək. Həmin qarşılaşmada komandaya müvəqqəti olaraq Massimo Brambilla rəhbərlik edəcək. Yeni baş məşqçinin rəsmi təqdimatı və ilk mətbuat konfransı isə cümə axşamı baş tutacaq. Spallettinin ilk oyunu "Cremonese"yə qarşı olacaq.

Bu təyinat "Yuventus"da ciddi dəyişikliklərin başlanğıcı kimi dəyərləndirilir. Komanda 8 oyunluq qələbəsiz seriyanın ardından Tudorla yollarını ayırmışdı. Xorvatiyalı mütəxəssisin son oyunu "Lazio"ya 0:1 hesablı məğlubiyyət olmuş və komanda turnir cədvəlində 8-ci yerə qədər geriləmişdi.

Yeni dövrdə Spallettinin əsas hədəfi "ağ-qaralar"ı yenidən zirvəyə və Avropa arenasına qaytarmaq olacaq.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.