İdman

Nəriman ABŞ-də ilk oyununa çıxdı

22 Mart 2026 00:38
Baxış: 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə ABŞ futbol liqasında (MLS) debüt edib.

Milli.Az xəbər verir ki, 21 yaşlı futbolçu müntəzəm mövsümün 5-ci turu çərçivəsində "Toronto"ya qarşı keçirilən oyunun 88-ci dəqiqəsində meydana daxil olub.

Görüş "Toronto"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qış fasiləsində "Qarabağ" klubundan "Kolambus Kryu"ya transfer olunan Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.