İdman

“Anam dedi ki, kubokdan imtina etməlisən”

21 Mart 2026 20:37
Baxış: 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərakeş milli komandasının kapitanı Əşraf Hakimi 2025-ci il Afrika Millətlər Kubokunun titulundan imtina etdiyini açıqlayıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu bu qərara anasının məsləhəti ilə gəldiyini deyib.

"Anam dedi ki, kubokdan imtina etməlisən. Mən də rəsmi şəkildə imtina edirəm və ümid edirəm ki, komanda yoldaşlarım da eyni addımı atacaq. Belə çempionluq lazım deyil, qərara hörmət edirəm. Rəsmən bildirirəm ki, Afrika Millətlər Kubokunun son mövsümündə qalib olmamışam. Seneqal milli komandası bizi ədalətli şəkildə məğlub etdi və qələbəyə layiq idi. Onların zəhmətinin sevincini əllərindən almaq ədalətsizlik olardı",- deyə Hakimi bildirib.

Xatırladaq ki, finalda Seneqal əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlsə də, sonradan Mərakeş tərəfinin apellyasiyası təmin olunub və CAF oyuna texniki nəticə verərək (3:0) qalib kimi Mərakeşi elan edib. ("Qafqazinfo")

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.