Van Damm Putinlə "dostluğundan" DANIŞDI - Tənqid olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əvvəllər Ukraynanı dəstəkləyən Hollivud aktyoru Jan-Klod Van Damm, Putinlə "dostluğu" barədə verdiyi bəyanatdan sonra qalmaqalın mərkəzinə düşüb.
Bu yaxınlarda aktyor Honq-Konqda özünün şəxsi rəsm sərgisinin açılışında iştirak edib.
Milli.Az xəbər verir ki, orada mediaya müsahibə verən aktyor gözlənilmədən Rusiya prezidentini xatırlayıb. Onun sözləri təəccüb doğurub, çünki Van Damm əvvəllər Ukraynanı açıq şəkildə dəstəkləyirdi. Xüsusilə, o, 2022-ci ildə Ukraynaya səfər edərək ukraynalılarla həmrəy olduğunu nümayiş etdirmişdi. İndi isə aktyorun ritorikası kifayət qədər ziddiyyətli görünür.
Van Damm "yaxın dostu" Rusiya prezidenti Vladimir Putindən sitat gətirərək bildirib ki, prezident onun beynəlxalq şöhrətini "əməllərin sözlərdən daha yüksək səslənməsi" ilə izah edib. Aktyorun sözlərinə görə, bu sitat "hələ Ukraynadakı müharibə başlamazdan və Amerika, Rusiya və Çin arasındakı münaqişə yaranmazdan əvvəl" səslənib.
Bu, aktyorun Kremlə rəğbətini nümayiş etdirdiyi ilk hal deyil. Daha əvvəl o, qaçaq keçmiş xalq deputatı Aleksandr Onişenko ilə birlikdə video müraciət yazmışdı. Həmin videoda Van Damm birbaşa Putinə müraciət edərək, hətta Rusiyaya gəlmək istədiyini bildirmişdi.
O, həmçinin Soçidəki idman tədbiri zamanı baş tutan görüşlərini olduqca dostyana tonda xatırlamışdı. Bu bəyanatlar aktyorun əvvəlki ictimai jestləri ilə kəskin ziddiyyət təşkil edir. Şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu çıxışlar onun mövqeyinin ardıcıllığını şübhə altına qoyub. Çünki genişmiqyaslı işğalın başlaması ilə Van Damm Ukraynaya baş çəkmiş və Ukrayna xalqına dəstək vermişdi. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





