30 ildən sonra Horovlu Baharı azad şəkildə qarşıladı - FOTO - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və "Aqrar tədarük və təchizat" ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində Horovlu kənd bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən fermer və investorlar üçün satış imkanı yaradılıb.
Milli.Az xəbər verir ki, festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin musiqiçilər, xanəndələr, aşıqlar, xor kollektivi, rəqqaslar və incəsənət xadimlərinin ifasında əyləncəli konsert proqramı təşkil olunub. Uşaqlar üçün xüsusi zonada kukla teatr tamaşası göstərilib, interaktiv fləşmoblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.
Sakinlər Novruz bayramının əsas simvolu kimi hazırladıqları kreativ səmənilərlə müsabiqəyə qatılaraq birincilik uğrunda mübarizə aparıblar. İctimai xadimlərdən ibarət münsiflər heyəti kreativlik, estetiklik və digər kateqoriya üzrə qalibləri müəyyən ediblər. Müxtəlif nominasiyalarda qalib gələn iştirakçılara hədiyyələr təqdim olunub. Ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klass olduqca maraqla qarşılanıb. Horovlu kənd parkında təşkil edilən festivalda qonaqlar sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitikisi sayılan çirişotu kətəsinin dadına baxıblar.
Kəndirbazlar, pəhlivanlar, yumurta boyayayanlar və digərlərinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başa çatıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Usta iş başında öldü
-
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
-
Əməkdar artistdən oğlu ilə bağlı paylaşım
-
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə necə müraciət edilməlidir? – Hakimdən açıqlama
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb
-
Məşhur kişi ətri satışdan yığışdırıldı
XƏBƏR LENTİ
-
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
-
Usta iş başında öldü
-
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
-
Trampdan İrana növbəti təhdid: Tezliklə öyrənəcəksiniz
-
Əməkdar artistdən oğlu ilə bağlı paylaşım
-
Misli Premyer Liqası: “Qarabağ” və “Neftçi” meydana çıxır
-
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə necə müraciət edilməlidir? – Hakimdən açıqlama
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb
-
Məşhur kişi ətri satışdan yığışdırıldı
-
Bakı aeroportunda Hindistan vətəndaşı öldü
-
Tanınmış xanəndənin əri həbs olundu
-
Egey dənizində zəlzələ: İstanbulda da hiss olundu
-
Pərvin Abıyeva: “Yerindən duran maşın sürür”
-
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
-
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - (Foto)
-
Azərbaycan avro ucuzlaşdı - Rəsmi
-
Konfrans Liqası: "Trabzonspor" öz meydanında uduzdu
-
Abşeronda partlayış: Yaralananlar var - (Foto)
-
Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
-
Fatma Betül Sayan Kaya həbs olundu
-
Gənc iş adamı toyda qəfil öldü - (Foto)
-
Bu ərazimizə 15 sm qar yağdı - (Fotolar)
-
Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi





