İran

İsrail İrandakı ballistik raket istehsalı komplekslərinə zərbələr endirib

21 Mart 2026 18:40
Baxış: 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Müdafiə Ordusu İranda ballistik raketlərin əsas komponentlərinin istehsalı üçün istifadə olunan obyektlərə zərbələr endirdiyini bəyan edib.

Milli.Az ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, vurulan obyektlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ballistik raket komponentləri istehsalı üzrə mərkəzi kompleksi də var.

Eyni zamanda, həmin komponentlərin anbarı, Müdafiə Nazirliyinin tabeliyində olan raket yanacağı istehsalı kompleksi və ballistik raket komponentlərinin istehsalı üzrə daha bir obyekt zərbəyə məruz qalıb. Mətbuat xidməti bu obyektlərin konkret olaraq harada yerləşdiyini dəqiqləşdirmir.

"Bu obyektlərə endirilən zərbə İranın həmin meydançalarda ballistik raketlərin əsas komponentlərinin istehsalını davam etdirmək qabiliyyətinə ciddi ziyan vurur", - bəyanatda bildirilib.

Bundan başqa, İsrail qüvvələri Tehranın müxtəlif rayonlarında yerləşdirilmiş bir sıra hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.

İsrail ordusundan bildirilib ki, əməliyyat İranın hərbi potensialının zəiflədilməsi üzrə kampaniyanın bir hissəsidir və davam etdiriləcək.("Report")

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.