İran İsrailə və ABŞ-nin bölgədəki bazalarına raket hücumlarını yeni taktika ilə həyata keçirəcək və ilk belə həmləyə gecə saatlarında başlamağı planlaşdırır.
Milli.Az xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində yazıb.
"Bu andan etibarən İsrail səmasında İranın üstünlüyünü elan edirəm", - Musəvi qeyd edib.
Onun sözlərinə görə, İranın raket buraxılış məntəqləri İsraili və ABŞ bazalarını "lərzəyə gətirəcək": "Bu gecə İsrailin cənubunun səması bir neçə saat işıqlı qalacaq". ("Report")
Milli.Az





