Cəmiyyət

Ramiz Mehdiyevin kürəkəninə məxsus TIR-lar ölkədən BURAXILMADI

29 Oktyabr 2025 17:55
Baxış: 793
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus "TURAZ" MMC-yə aid olan 10 TIR meyvə məhsulu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz Regional İdarəsi tərəfindən ölkə ərazisindən ixrac üçün buraxılmayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Şimal xəbərləri" qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev məlumat verib.

Məlumata görə, məhsulların laboratoriya analizləri zamanı onların tərkibində normadan artıq pestisid qalıqları aşkarlanıb.

Bu səbəbdən həmin partiyanın ixracına icazə verilməyib və yük geri qaytarılıb.

AQTA-nın müvafiq bölmələri məsələ ilə bağlı araşdırma aparır./sfera.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.