Tanınmış meyxanaçı Rüfət Nasosnu sosial mediada yayılan yeni görüntüləri ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, kadrda sənətçinin bir azyaşlı uşağa baxış tərzi izləyicilərin diqqətini çəkib və müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri meyxanaçının həmin anlarda duyğulanmış halını fərqli cür şərh ediblər. Bir çox izləyici Rüfətin övladı olmamasına baxmayaraq uşaqlara qarşı isti münasibətini təqdir edib, digərləri isə görüntülərin emosional təsirindən danışıb.
Hazırda video müxtəlif platformalarda minlərlə baxış toplayıb və meyxanaçının səmimi davranışı izləyicilər tərəfindən "dərin hisslərin əks-sədası" kimi qiymətləndirilib.
Musa
Milli.Az





