Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vitamin və bioloji aktiv qida əlavələri xəstəliklərin düzgün diaqnozuna və müalicəyə mane olur.
Milli.Az xəbər verir ki, bunu rusiyalı terapevt Olqa Çistik bildirib.
"Ən çox dəmir, D vitamini və biotin qəbul edən insanlarda analizlərdə yanlış nəticələr müşahidə olunur. Əgər analizdən bir gün əvvəl dəmir tableti qəbul etsəniz, qanda dəmirin səviyyəsi süni şəkildə yüksələcək, halbuki orqanizmdə ehtiyat az qala bilər. Biotin isə qalxanabənzər vəz hormonları ilə bağlı analizlərə mane olur və nəticədə həkimlər səhv diaqnoz qoya bilərlər", - deyə Çistik bildirib.
Həkim əlavə edib ki, omeqa-3, kurkumin və C vitamini orqanizmdə iltihabı göstərən C-reaktiv zülalın səviyyəsini müvəqqəti azaldır. Bu zaman xəstəlik qalır, amma analizlər "sağlam" nəticə göstərir.
Bəzi bitki tərkibli əlavələr, məsələn, yaşıl çay ekstraktı qaraciyər fermentlərini artıraraq orada problem varmış kimi görüntü yaradır.
Çistik vurğulayıb ki, vitaminlərin həddindən artıq qəbulu zərərlidir. D vitamini normadan çox olduqda böyrəklərdə daş əmələ gətirə bilər. A vitamini artıq qəbul edildikdə dərinin qurumasına, saçın tökülməsinə və sümük ağrılarına səbəb olur. Yodun çoxluğu qalxanabənzər vəzinin fəaliyyətini pozur.
Xüsusilə böyrək, qalxanabənzər vəz, həzm orqanları və safra yolları xəstəlikləri olanlar, eləcə də hamilələr və yaşlılar bu əlavələri ehtiyatla qəbul etməlidirlər.
Dəqiq nəticə üçün həkim məsləhət görür:
- Dəmir tabletlərini analizdən 1 gün əvvəl qəbul etməyin.
- Biotin qəbulunu 8-72 saat əvvəl dayandırın.
- Kalsium və maqneziumu analiz günü səhər içməyin.
- Bitki mənşəli əlavələri 1-2 həftə öncə dayandırın.
- Bundan əlavə, bəzi maddələr bir-birinin təsirini azaldır:
- Kalsium dəmirin mənimsənilməsini azaldır.
- Sink misin mənimsənilməsinə mane olur.
- Kalsium, dəmir və maqnezium qalxanabənzər vəz dərmanlarının təsirini zəiflədir.
Həkim məsləhət görür ki, bütün qəbul edilən vitamin və əlavələr barədə mütləq həkimə məlumat verilməlidir, əks halda analizlər yanıltıcı ola bilər.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
1000 oyun keçirən ilk fransalı futbolçu oldu
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu - (Yenilənib)
-
Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı
-
Bakıda restorandakı yanğın söndürüldü - (Yenilənib/Video)
-
Şəkərli diabet: erkən diaqnostikadan müasir müalicə üsullarına qədər - (Foto)
-
Can Yamanın yeni görünüşü təəccübləndirdi - (Video)
-
Dream Group International və iTicket Production arasında 10 illik strateji tərəfdaşlıq sazişi imzalanıb - (Foto)
-
Tolik məşhur türk serialının çəkildiyi məkanda - (Foto)
-
Romelu Lukaku millidən getdi
-
“Bossların bossu” öldü
-
Neymar hamilə xanımına Vinisiusun keçmiş sevgilisi ilə xəyanət edib - (Foto)
-
Rusiyanın itkiləri yeniləndi
-
Brüsseldə NATO-Azərbaycan formatında görüş keçirilib
-
İngiltərə tarix yazdı: İspaniyanın 43 oyunluq seriyasına son qoydu
-
Nəsimi Musayevdən xəbər var
-
Bakıda ərini yandıran qadın saxlanıldı
-
Günel Ələkbərova: "Yazırlar ki, Oqtayın ailəsini dağıtmışam, neçə ildir bir yerdəyik"
-
Qara dənizdə yük gəmisi batır
-
Əhaliyə şad xəbər - Minimum əməkhaqqı bu qədər olacaq
-
Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildi
-
Dəniz qırağı ilə gedən avtobusun marşrutu dəyişdirildi (Video)
-
Elariz ABŞ-dəki qazancından danışdı
-
Luka Modriç Messinin rekordunu təkrarladı
-
Məzahir Qarayevə yüksək vəzifə verildi





