Evli ingilislər bu səbəbdən ayrı yataqlarda yatırlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərədə evli cütlüklər arasında maraqlı bir meyl yayılmağa başlayıb - bir çoxu artıq eyni yataqda deyil, ayrı-ayrı yatmağı üstün tutur. Mütəxəssislər bu vəziyyəti "yuxu boşanması" adlandırır və bunun səbəblərini açıqlayır.
Milli.Az xəbər verir ki, İngiltərədə 2 min nəfərin iştirakı ilə aparılan araşdırmaya görə, cütlüklərin 31 faizi eyni saatlarda yata bilmədiyini bildirib. Respondentlərin yalnız 15 faizi, eyni yuxu rejiminin münasibətlərini daha ahəngdar etdiyini deyib.
Bu fərqli yuxu saatları, bir çox cütlüyün ayrı yataqlarda yatmasına səbəb olub. Bu tendensiya, daha əvvəl Yaponiyada da geniş yayılmışdı.
Araşdırma göstərib ki, yuxusuzluqdan ən çox qadınlar əziyyət çəkir. Qadınların 20 faizi yuxularının gecə ərzində partnyorları tərəfindən tez-tez bölündüyünü deyib. Bu göstərici kişilərdə cəmi 11 faizdir.
Bundan başqa, qadınların 18 faizi fərqli yuxu saatları səbəbilə partnyorları ilə mübahisə etdiklərini etiraf edib. Kişilərdə isə bu nisbət 8 faiz təşkil edib.
Mütəxəssislərin fikrincə, bu vəziyyət əlaqədə problem demək deyil, əksinə, hər iki tərəfin daha yaxşı dincəlməsi üçün praktik bir üsuldur.
Araşdırma eyni zamanda Böyük Britaniyada insanların əksəriyyətinin səhər tezdən oyanmağı sevdiyini də göstərib. İştirakçıların 60 faizi səhərlər daha məhsuldar olduqlarını, 40 faizi isə axşam saatlarında daha çox işləyə bildiklərini bildirib.
Blinds Direct şirkətinin trend mütəxəssisi Ana Zuravliova mövzu ilə bağlı deyib:
"Rutinləri fərqli olan cütlüklər üçün ayrı yatmaq, hər iki tərəfin də daha rahat dincəlməsini təmin edir, mübahisələri azaldır və uzunmüddətli münasibətləri möhkəmləndirir. Yatağı paylaşmaq yaxınlığın simvolu sayılsa da, keyfiyyətli yuxu da eyni dərəcədə vacibdir. Bir çox cütlük, yaxşı yuxunun onları gündəlik həyatda daha xoşbəxt, sağlam və bir-birinə daha yaxın etdiyini anlayır. Bu, münasibət üçün itki deyil, qazancdır."
Araşdırmaya görə, səhər tezdən oyananların 28 faizi bu vərdişin onları daha xoşbəxt etdiyini bildirib. 42 faiz isə erkən qalxmağın həm zehni, həm də fiziki sağlamlığa müsbət təsir etdiyini vurğulayıb.
Mütəxəssislərdən rahat yuxu üçün 3 tövsiyə
Axşam ritualları yaradın:
Fərqli saatlarda yatsanız belə, günün sonunda 30-60 dəqiqəlik "birlikdə vaxt" ayırın. Söhbət edin, kitab oxuyun və ya ekranlardan uzaq durun. Bu, emosional bağı gücləndirər.
Partnyorunuzun hərəkətləri sizi narahat edirsə, tünd pərdələr, ağ səs cihazları və ya yuxu maskaları kimi vasitələrdən istifadə edin.
Rutin fərqləri yuxunuzu pozursa, həftədə bir neçə gecə ayrı otaqlarda yatmaq həm yuxu keyfiyyətini artırar, həm də münasibətlərdəki gərginliyi azaldar.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
Türkiyə Fransaya qarşı
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
XƏBƏR LENTİ
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü
-
Formula-2: Qırmızı bayraq qaldırıldı - Yenilənib
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi
-
Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə
-
Bakıda anbarda güclü yanğın başladı
-
Nəcəf hava limanı İran reyslərini dayandırdı
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Fan Forumda Formula 1 coşqusu: Azarkeşlər pilotlarla görüşdü - (Foto)
-
Putin Britaniyadakı səfiri vəzifəsindən azad etdi
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi - Yenilənib
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi





