Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
"Azərbaycan iqtisadiyyatında son illərin mühüm istiqamətlərindən biri qeyri-neft sektorunun imkanlarının genişləndirilməsidir".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu siyasətin mərhələsini müəyyənləşdirir. "Burada təbii resursların səmərəli istifadəsi, müasir sənayenin formalaşdırılması və dəyərin ölkə daxilində artırılması bir-birini tamamlayan məqsədlər kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən əsas məqamlardan biri proqramın konkret zaman çərçivəsinə və maliyyə təminatına malik olmasıdır. 2027-2030-cu illər üçün nəzərdə tutulan tədbirlər mərhələli şəkildə həyata keçiriləcək. Dövlət başçısının vurğuladığı kimi, son dövrdə qəbul olunan dövlət proqramlarının fərqləndirici cəhəti onların konkret, qısamüddətli və icra mexanizmlərinin əvvəlcədən müəyyənləşdirilməsidir. Bu yanaşma dağ-mədən və metallurgiya kimi böyük investisiya tələb edən sahə üçün xüsusi əhəmiyyət daşıyır.
Proqramın qarşıya qoyduğu hədəflər bu sahənin ölkə iqtisadiyyatındakı rolunun necə dəyişəcəyini göstərir. Qarşıya qoyulmuş məqsədlər üçün dörd il ərzində 5,3 milyard manat investisiya tələb olunur. Bu miqyas dağ-mədən və metallurgiyanın iqtisadi siyasətin mühüm sənaye istiqamətinə çevrildiyini göstərir."
Millət vəkili Prezident İlham Əliyevin yeni sənaye ekosisteminin yaranması barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini xüsusi vurğulayıb: "Dağ-mədən sektorunun inkişafı hasilatla yanaşı, zənginləşdirmə, emal, logistika, enerji təminatı və digər əlaqəli sahələrdə də iqtisadi fəallığın yüksəlməsinə şərait yaradacaq. Prezidentin çıxışında beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması proqramın sosial-iqtisadi əhəmiyyətini göstərir. Regionlarda yeni məşğulluq imkanlarının yaranması sənaye layihələrinin ərazi inkişafına təsirini artıracaq. Bu proses ölkənin əvvəlki illərdə formalaşdırdığı infrastruktur və institusional imkanlar üzərində qurulur. Enerji təminatının gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, maliyyə, vergi və gömrük sistemlərində aparılan islahatlar yeni sənaye layihələri üçün əlverişli mühit yaradıb. Deməli, Dövlət Proqramı uzun illər ərzində həyata keçirilən iqtisadi siyasətin yeni nəticə mərhələsidir. Dövlət başçısının çıxışının ümumi məntiqi göstərir ki, Azərbaycan iqtisadiyyatında təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır. Məqsəd mövcud imkanları yalnız hasilat göstəriciləri ilə ölçmək deyil, onların ölkənin sənaye gücünün artırılmasına xidmət etməsini təmin etməkdir. 2027-2030-cu illər üçün nəzərdə tutulan proqram məhz bu baxımdan qeyri-neft sənayesinin möhkəmləndirilməsi, yeni istehsal imkanlarının yaradılması və iqtisadi artımın daha geniş bazaya söykənməsi istiqamətində mühüm addım kimi diqqəti cəlb edir".
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
XƏBƏR LENTİ
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü
-
Formula-2: Qırmızı bayraq qaldırıldı - Yenilənib
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi
-
Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə
-
Bakıda anbarda güclü yanğın başladı
-
Nəcəf hava limanı İran reyslərini dayandırdı
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Fan Forumda Formula 1 coşqusu: Azarkeşlər pilotlarla görüşdü - (Foto)
-
Putin Britaniyadakı səfiri vəzifəsindən azad etdi
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi - Yenilənib
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı





