Hadisə

Müdafiə Nazirliyini aldadan iş adamının - Cəzası azaldıldı

29 Oktyabr 2025 17:36
Baxış: 407
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müdafiə Nazirliyinin silah-sursat anbarının tikintisinə ayrılan 7 milyon manatı mənimsəməkdə təqsirli bilinərək 10 il həbsə məhkum edilən şirkət rəhbəri Üzeyir Həsənovun cəzası azaldılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ali Məhkəmə məhkumun kassasiya şikayəti əsasında belə qərar qəbul edib.

Ü.Həsənovun əməli Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsindən 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsinə tövsif edilib. Bu dəyişikliklə onun cəza müddəti 10 ildən 8 ilə endirilib.

Qeyd edək ki, "Bina Tikinti Kompaniyası" MMC-nin rəhbəri Üzeyir Həsənov 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməyərək qiymətləri şişirdib. Şirkət rəhbərinin qanunsuz fəaliyyəti nəticəsində dövlətə 7 milyon manat ziyan dəyib. O, Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının təmir-bərpa işlərinin aparılmasını öz üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. Bu epizod üzrə Həsənova 1.8 milyon manatlıq mənimsəmə ittihamı verilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il həbsdən əlavə, onun 10 milyonluq əmlakı da müsadirə edilib. Sonradan apellyasiya instansiyası cəza müddətini 10 ilə salıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.