Əməkdar artist Bəyimxanım Vəliyeva "Günə Uğurla" verilişində emosional anlar yaşayıb.
Milli.Az xəbər verir ki, xanəndə valideynlərindən danışarkən, xüsusilə də dünyasını dəyişən anasını xatırlayarkən göz yaşlarını saxlaya bilməyib.
Sənətçi anası ilə bağlı xatirələrini bölüşərkən səsi titrəyib və hisslərinə hakim ola bilməyib. Studiyada duyğusal anlar yaşanıb, verilişin aparıcıları və qonaqlar da kövrəliblər.
Bəyimxanım Vəliyeva anasının onun həyatında ən böyük dayaqlardan biri olduğunu bildirib və bu itkini hələ də ürəyində daşıdığını vurğulayıb.
Musa
Milli.Az





