Hadisə

“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”

29 Oktyabr 2025 18:00
Baxış: 556
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan və ondan xeyli miqdarda pul alan gəncin məhkəməsi keçirilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində - "Tarqovıy" məhəlləsində baş verib.

1999-cu il təvəllüdlü Rusiya vətəndaşı İbrahim Məhərrəmov "Weplay" internet oyununda 15 yaşlı İradə Əsədova (şərti ad-soyadlı) ilə tanış olub. O, daha sonra ünsiyyəti "Snapchat" sosial şəbəkəsində davam etdirib. Bundan sonra isə yeniyetmə qızı onunla evlənəcəyi yalanına inandıraraq "Tarqovıy"da tutduğu kirayə evə mütəmadi olaraq aparıb. Bu müddətdə İbrahim problemlərinin olduğunu, həbs edilə biləcəyini deyərək qızdan bir neçə dəfə xeyli pul və qızıl alıb.

Məsələnin üstü açılandan sonra İradənin atası polisə şikayət edib və İbrahim barəsində cinayət işi açılıb. Cinayət işi üzrə toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə qızın atası övladının tələyə düşdüyünü deyib: "Qızım sağlam olaraq anadan olub və böyüyüb, ruhi-əsəb xəstəliyindən əziyyət çəkməyib, travma almayıb, ailədə ondan bir yaş kiçik qızım da var. Sadəcə dünyanın bəlası olan mobil telefon və internet uşaqların tərbiyəsini pozmaqdadır. Bunun qurbanı olan qızım da axmaq bir adamın tələsinə düşüb. İbrahim adlı şəxs bundan istifadə edərək qızım İradəni ailə qurmaq adı ilə aldadıb, onunla cinsi əlaqədə olub. Həmçinin etibarından sui-istifadə edərək hədiyyə olunmuş əmlakını ələ keçirib. Biz İbrahimə ağır cəza verilməsini, vurulmuş maddi-mənəvi zərərin ödənilməsini tələb edirik".

Nəsimi Rayon Məhkəməsi İbrahim Məhərrəmovu Cinayət Məcəlləsinin 152.1 və 178.2.4-cü (16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və dələduzluq) maddələri ilə təqsirli bilib. Ona 3 il 6 ay həbs cəzası verilib.

Məhkəmə mülki iddia tələbini də qismən təmin edib. İ.Məhərrəmovdan maddi ziyana görə 8272 manat, mənəvi ziyana görə 3000 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 175.40 manat, ümumilikdə 11 447.40 manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı zərərçəkmiş şəxsin xeyrinə ödəniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.