Paytaxtın Badamdar qəsəbəsi ərazisində su borusu partlayıb, yolu su basıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Məktəbli" küçəsi ərazisində baş verib.
Məlumata görə, hazırda qəsəbənin Nürəddin Paşayev və Seyran Məmmədov küçələri də su altında qalıb.
Nəticədə nəqliyyatın və piyadaların hərəkəti çətinləşib.
Milli.Az





