Türkiyə mediasının gündəmində bu dəfə Samsunun Ladik mahalına yeni təyin olunan qubernator Tuğçe Orhan yer alıb. Gənc rəhbərin xarici görünüşü və zərif tərzi sosial mediada böyük maraq doğurub.
Milli.Az xəbər verir ki, "Barbi"yə bənzədilən Tuğçe Orhanın fotoları qısa müddətdə minlərlə paylaşım və rəy toplayıb. Sosial şəbəkə istifadəçiləri onun peşəkarlığı ilə yanaşı, fərqli stili və gənc yaşında əldə etdiyi nailiyyətləri müzakirə ediblər.
Məlumata görə, 30 yaşlı Tuğçe Orhan bu vəzifəyə qədər Bolu vilayətinin Seben rayonunda qubernator vəzifəsini icra edib.
.png)
O, 1995-ci ildə Elazığda anadan olub, Fırat Universitetinin Siyasi Elmlər və Dövlət İdarəçiliyi fakültəsini 2017-ci ildə fərqlənmə diplomu ilə bitirib. Karyerasına 2021-ci il dekabrın 21-də Elazığ İlçe Qubernatoru Namizədi kimi başlayıb.
Tuğçe Orhan hazırda Türkiyənin ən gənc qadın qubernatorlarından biri sayılır və sosial mediada "zərif, amma güclü lider" kimi təqdim olunur.
Milli.Az





