Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin, sədrlərinin və sədr müavininin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən aşağıdakı təyinatlar olub:
Apellyasiya instansiyası məhkəmələri üzrə:
1.1. Ələddin Tofiq oğlu Məcidov Şəki Apellyasiya Məhkəməsi sədrinin müavini;
1.2. Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini;
1.3. Zahid Tahir oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;
1.4. Xəqani Hacı oğlu Səmədov Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib.
Ağır cinayətlər məhkəmələri üzrə:
1.5. Hüseyn İnanc oğlu Hüseynli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;
1.6. Nigar Arzu qızı İmanova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;
1.7. Babək Əkbər oğlu Pənahov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;
Hərbi məhkəmələr üzrə:
1.8. Fərman Məmməd oğlu Abbasov Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri təyin edilib;
İnzibati məhkəmələr üzrə:
1.9. Rəşad Mövsüm oğlu Nuriyev Ağcabədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan İnzibati Məhkəməsinin hakimi təyin edilib;
Kommersiya məhkəmələri üzrə:
1.10. İlkin Əli oğlu Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi;
1.11. Fərid Eldar oğlu Hətəmzadə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilib;
Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:
1.12. İlham Sadət oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
1.13. Fuad Ələsgər oğlu Hüseynov Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib;
Rayon (şəhər) məhkəmələri üzrə:
1.14. İlqar Vidayət oğlu Hüseynov İsmayıllı Rayon Məhkəməsinin sədri;
1.15. Emin İlham oğlu Məmmədli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri;
1.16. Zaman Şakir oğlu İmanov Gəncə Şəhər Məhkəməsi sədrinin müavini təyin edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Milli.Az





