Türkiyə

Azərbaycanlı tələbə Türkiyədə faciəli şəkildə öldü - FOTO

29 Oktyabr 2025 13:38
Baxış: 976
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Alanya şəhərində yol qəzasına düşən 27 yaşlı azərbaycanlı tələbə Möhlət Bəhlülzadə həyatını itirib.

Milli.Az xəbər verir ki, o, Alanya Əlaəddin Keykubat Universitetinin (ALKU) tələbəsi olub.

Məlumata görə, 11 oktyabr gecəsi saat 02:00 radələrində hərəkətdə olan Bəhlülzadənin idarə etdiyi nəqliyyat vasitəsi Süleyman T. (62) adlı sürücünün idarə etdiyi taksi ilə toqquşub.

Zərbənin gücündən gənc tələbə yola düşüb və ağır yaralanıb.

Xəstəxanaya çatdırılan Bəhlülzadə 15 gün reanimasiyada müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.