Şou-biznes

Güllünün qızı anasının ölümündə ittiham olunur - Mesajları ortaya çıxdı - FOTO

29 Oktyabr 2025 16:09
Baxış: 783
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb.

Milli.Az xəbər verir ki, ifaçının Yalovadakı evinin terrasından yıxılaraq həyatını itirməsi hadisəsi ilə bağlı Güllünün qızı Tuğyan Ülkəm Gülter barəsində qətl ittihamı ilə cinayət işi açılıb.

Gülterin anası haqqında "Bu qadın ölməlidir" sözlərini yazdığı "WhatsApp" mesajları məhkəməyə dəlil kimi təqdim edilib.

Tuğyan Ülkəm Gülter məhkəmədə ifadə verərək sözügedən mesajların ona məxsus olduğunu etiraf edib, lakin ittihamları qəti şəkildə rədd edib. O, mesajları anası ilə mübahisə zamanı əsəbi halda yazdığını bildirib:

"Bəli, o mesajları mən yazmışam. Amma mən anamı öldürmədim."

Mətbuata sızan məlumatlara görə, Ferdi Aydının təqdim etdiyi yazışmalarda belə ifadələr yer alıb:

"Xahiş edirəm, bir şey edin. Bu qadın ölsün. Sizin çoxlu əlaqəniz var" .

Aydın, bu mesajların cinayətin planlaşdırıldığına dair sübut olduğunu iddia edib və məhkəməyə təqdim edib.

Yalova Respublika Baş Prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb. Rəsmi açıqlamalara əsasən, məhkəmə prosesi davam edir və qəti qərar yaxın günlərdə veriləcək.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.