Ölkə

Ramil Səfərovun xanımına vəzifə verildi

14 Dekabr 2025 09:29
Baxış: 2 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib.

Milli.Az kredit.az-a istinadən xəbər verir ki, bu barədə o özü məlumat verib.

Şəbnəm Səfərova qeyd edib ki, bu vəzifəyə təyin edilməsi ona böyük etimaddır:

"Study in Azerbaijan" kimi fəaliyyətə başlamaq karyeramda maraqlı və eyni zamanda məsuliyyətli bir mərhələnin başlanğıcıdır.

AR Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Study in Azerbaijan", Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil imkanlarının xarici tələbələr üçün daha cəlbedici edilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyan, dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmuş milli təşəbbüsdür.

Layihə çərçivəsində əsas fokuslarımızdan biri tanıtım və qəbul mərhələlərindən başlayaraq viza və yerləşmə dəstəyi, eləcə də inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılmasıdır.

Yeni çağırışlar və imkanlarla dolu bu yolda komandamızla birlikdə dəyərli və uğurlu nəticələr əldə edəcəyimizə inanıram".

Qeyd edək ki, Şəbnəm Səfərova məşhur azərbaycanlı pilot, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşıdır. O, "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyinin sədridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.