Qobustanda yolların buz bağlaması zəncirvari qəzaya səbəb olub.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Gənci kəndi ərazisində qeydə alınıb.
Belə ki, hava şəraiti ilə əlaqədar yol səthinin buz bağlaması nəticəsində bir neçə avtomobil idarəetmədən çıxaraq bir-birinə dəyib.
Hadisə səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşıb. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub və hərəkətin bərpası istiqamətində tədbirlər görülür.
Milli.Az





