Linkə daxil ol 850 manat qazan... Elə bildim yalandır, amma, qazandım...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bir neçə gündür votsap tətbiqi üzərindən insanlara bu kimi ismarıclar göndərilir. Mətnin sonunda isə keçid linki. Linkə daxil olub sual-cavabda iştirak edən şəxslərin isə şəxsi məlumatları ələ keçirilir.
İT mütəxəssis Rəşad Əliyev deyir ki, həmin linklərə daxil olarkən həm şəxsi hesablar, həm də bank kartında olan vəsaitlər kibercinayətkarlar tərəfindən ələ keçirilə bilər.
Ekspert bildirib ki, bu kimi hallardan yayınmaq üçün şirnikləndici ismarıclara aldanmamalı, şəxsi məlumatlar isə ikinci şəxslə bölüşülməməlidir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az





