Sağlamlıq

Küncüt ürəyi və sümükləri necə qoruyur? - Araşdırma

6 İyul 2024 07:43
Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Küncütün vətəni Cənubi Afrikadır. Lakin bu faydalı müalicəvi bitki qədim zamanlardan bir çox Şərq ölkələrində, Hindistanda da geniş istifadə olunur.

Milli.Az saglamolun.az-a istinadla bildirir ki, küncüt dünyada tək mətbəxtə deyil, tibdə və kosmetologiyada da geniş istifadə olunur.

Küncütün bir çox faydalı xüsusiyyətləri var:

- Bu bitkinin tərkibində güclü antioksidant olan "sezamin" maddəsi var ki, bu maddə bir çox xəstəliklərin, o cümlədən şiş xəstəliklərinin profilaktikasında istifadə olunur, "pis" xolesterolun səviyyəsini aşağı salır.

- Küncüt bir çox vitamin (A, B qrupu, C, E) və minerallarla (kalium, maqnezium, dəmir, kalsium, fosfor) zəngindir. Bu səbəbdən küncüt yaz və payız hipovitaminozlarının (vitamin çatışmazlığı) profilaktikasında uğurla istifadə oluna bilər.

- Kalium və maqneziumla zəngin olan küncüt ürək-damar sistemi üçün çox faydalıdır. Məhz bu iki mineral ürəyin və damarların normal fəaliyyəti üçün ən vacib minerallardır.

- Küncüt lesitinlə zəngindir. Lesitin baş beyinin və qaraciyərin sağlamlığını qoruyur, orqanizmdə xolesterolun səviyəsini aşağı salır. Lesitin uşaqlar üçün xüsusilə vacibdir - bu maddə uşağın sinir sisteminin normal formalaşmasında və inkişafında böyük rol oynayır.

- Küncütdə fitosterin var. Bu maddə immun sistemini möhkəmləndirir və həmçinin aterosklerozun və piylənmənin qarşısını alır.

- Küncüt saç və dərinin vəziyyətinə müsbət təsir edir.

- Küncüt kalsium və fosforla zəngindir. Bu iki mineral sümüklərin sağlamlığını və möhkəmliyini təmin edir. Məhz bu səbəbdən mütəxəssislər küncüt toxumlarını uşaqların və yaşlı insanların qidalanmasına daxil etməyi tövsiyə edir.

- Küncütün tərkibində fitoestrogenlər var. Bu maddələr qadın sağlamlığı üçün xüsusilə faydalıdır - qadın cinsiyyət sistemi xəstəliklərinin, mastopatiyanın riskini azaldır.

- Küncüt güclü afrodiziak sayılır (cinsi meyli artıran maddə).

Küncütü çiy halda müxtəlif meyvə və tərəvəz salatlarına, sıyıqlara, süd məhsullarına (kəsmik, yoqurt) əlavə etmək olar. Gün ərzində 2-3 çay qaşığı küncüt yeyə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.