Sağlamlıq

Başı gicəllənənlərin diqqətinə

9 Mart 2024 07:00
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aritmiya ürəyin normal ritminin pozulmasıdır. Bu istənilən sağlam insanda da yarana bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, kardioloq Aleksandra Staroverova aritmiyanın adi yorğunluq verə bildiyini açıqlayıb.

"Aritmiya ürək ritminin müntəzəmlik və tezliyinin pozulmasıdır. Bu pozulma ilə hətta ən möhkəm və sağlam insanlar da rastlaşa bilər. Aritmiyanın yaranma səbəbi heç də həmişə patoloji olmur. Amma o təkrarlanırsa, mütləq müayinə olunub, riskli durumları müəyyən etmək lazımdır.

Aritmiyanın simptomları - başgicəllənmə, zəiflik, sinədə sıxılma, döyüntü, döş qəfəsində sanki vurğu, huşun dumanlanması və itməsi ola bilər.

Aritmiya ürək patologiyası ilə əlaqəli olduqda təhlükəlidir. Bunlara işemiya, miokardit, mədəciklərin fibrilyasiyası aiddir. Eyni zamanda zob, depressiya və stresdə aritmiya olur", - kardioloq qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.