Sağlamlıq

Ginekoloqdan hamilə qadınlara ÇAĞIRIŞ: "Bu səhvi etməyin"

26 Noyabr 2023 04:35
Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamilə qadınların etdiyi bir sıra səhvlər var. Onlardan biri də planlaşdırılmamış hamiləliyə dərmanla son qoymaqdır.

Hamiləliliyi bu cür sonlandırmağın nə kimi fəsadları var?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan ginekoloq Təranə Həsənova bildirib ki, bu, farmokoloji abort hesab olunur.

"Farmakoloj abortların özünə görə bir sıra fəsadları  var. Ona görə mütləq dərman qəbulu həkim nəzarəti altındda olmalıdır. Hamiləliyin müddətindən asılı olaraq dərmanın dozasını həkim təyin etməlidir".

Ginekoloq bildirib ki, xanımların bir çoxu bu dərmanı ev şəraitində qəbul edirlər:

"Onlar dozanı düzgün təyin edə bilmirlər. Bu da onların sağlamlığı üçün təhlükəyə çevrilir.  Nəticədə güclü qanaxma baş verir və bu da insturmental aborta ehtiyac yaradır".

T. Həsənova son olaraq əlavə edib ki, xanımlarıın özbaşına hamiləliyi pozması sağlamlıq üçün ciddi təhlükədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.