Sağlamlıq

Ailədə hamı bir sabundan istifadə etməsin - SƏBƏB

23 İyul 2023 11:58
Baxış: 1 354
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Həkimlər bütün ailə üçün sabundan istifadənin zərərlərini açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, aparılan tədqiqatlara görə, sabun nümunələrinin təxminən 62 faizində müxtəlif növ bakteriyalar var. Bu mikroorqanizmlər arasında yüngül mədə pozğunluğuna səbəb olan təhlükəli bakteriyalar ola bilər.

Sabunun səthində bakteriyalardan əlavə, ciddi mədə-bağırsaq xəstəliklərinə səbəb ola biləcək norovirus və rotavirus kimi viruslar ola bilər.

Hər istifadədən sonra mütəmadi olaraq sabunu yaxalamaq infeksiya riskini xeyli azalda bilər. Bundan əlavə əl və ya bədən üçün maye sabundan istifadə etmək tövsiyə olunur.

Sabun, şübhəsiz ki, mikroblarla mübarizədə effektiv rol oynasa da, onun ümumi istifadəsi sağlamlıq üçün təhlükə mənbəyi ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.