Sağlamlıq

Arıqlamağa kömək edən ən faydalı səhər yeməyi

1 İyul 2023 01:28
Baxış: 1 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dietoloqlar arıqlamağa kömək edən ən faydalı səhər yeməyini açıqlayıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, səhər yeməyi üçün düzgün qidaları seçmək vacibdir.

Yumurta səhər yeməyi üçün uyğun qidadır. Çünki yumurta bədəni uzun müddət doyurur, qanda şəkərin sıçrayışlarına səbəb olmur və incə bədən quruluşunu saxlamağa kömək edir. Yumurta həmçinin beynin daha yaxşı işləməsi, mərkəzi sinir sisteminin qorunması və normallaşması üçün lazım olan xolin eləcə də lesitinlə zəngindir.

Mütəxəssislər bildirirlər ki, məhsulların kombinasiyası arıqlamağa kömək edir. Maksimum fayda əldə etmək üçün yumurtaya soğan, paprika və ispanaq əlavə etməyi təklif edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.